Mikro və İstehlak Kreditlərin Bərpası və Restrukturizasiyası üzrə Mütəxəssis
(Abşeron/Mingəçevir/Bərdə/Lənkəran/Cəlilabad/Göyçay)
Öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq məhkəmədə və məhkəmədən kənar qaydada gecikdirilmiş kreditlərin bərpası üzrə tədbirlər kompleksinin həyata keçirilməsi;
- Problemli kreditlərlə iş, onların monitorinqi, restrukturizasiyası və ya bərpa edilməsi;
- Borcluların yerlərinin müəyyən olunması, onlarla əlaqənin yaranması və nəticə olaraq ödəniş intizamının bərpası;
- Görülmüş işlərin hesabatının tərtib olunması və reqlamentə uyğun təqdim olunması.
Tələblər:
- İqtisadi, riyazi və ya texniki ixtisas üzrə ali təhsil (Bakalavr ya Magistr);
- Məhsuliyyətlik və stresə davamlılıq;
- Kommunikabellik və ünsiyyətçillik;
- Tapşırıqların həllində çeviklik;
- Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
- Komandada işləmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.