Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.
Nazirlikdən Banker.az-a verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.
Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
1. | Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) | 16. | Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) |
2. | PVC qapı və pəncərə hazırlanması | 17. | Brolyer inkubatoru |
3. | Kişi bərbərxanası | 18. | Qadın gözəllik salonu |
4. | Avtoyağlama | 19. | Avtomobil şinlərinin təmiri |
5. | Komputer oyun salonu | 20. | Avtoyuma |
6. | Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) | 21. | Avtoçilingər |
7. | Dizayner | 22. | Dülgər |
8. | Dəmirçi | 23. | Dönərçi |
9. | Avtotornaçı (tokar) | 24. | Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
10. | Parket və taxta döşəmə cilalanması | 25. | Yun darama |
11. | Avtoelektrik | 26. | Naxış vurma |
12. | Meyvə qurutma | 27. | Təlim-tədris |
13. | Fitnes (idman) | 28. | Musiqiçi |
14. | Poliqrafiya xidmətləri | 29. | Ayaqqabı təmiri və istehsalı |
15. | Foto xidməti | 30. | İstixana |
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: [email protected]; [email protected] mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.