6 C
Baku
Saturday, February 24, 2024

Mikrokreditlər: Banklar hansı şərtlə təqdim edir? (SİYAHI)

Mikrokreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsi olsa da Azərbaycanda fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.

Banker.az-ın araşdırmasına görə, Azərbaycanda 9 bank bu növ kreditlər təklif edir.

Bu banklar mikro kreditləri ənənəvi olaraq 100 min manata qədər təqdim edilir. Kredit əsasən, istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növünə verilir. Kreditin təyinat istiqamətləri isə əsas vəsaitlərin artırılması, dövriyyə vəsaitlərinin artırılması və s.

Araşdırma nəticəsində məlum olur ki, bankların təqdim etdikləri başlanğıc faiz dərəcələri heçdə hər kəsə aid deyil, hətta qeyri-realdır. Əvvala onu çatdıraq ki, hazırda ölkədə 12.5% inflyasiya (2022 yanvar: DSK) şəraitində bankların bu faizdən aşağı faizlə mikrobizes subyektlərinə kredit verməsi inandırıcı deyil.

Bəlli bir diapazonda illik faiz dərəcəsi östərən banklar isə “Bank of Baku” və “Rabitəbank”dır. Məsələn, BoB illik ödənişi 20-29% aralığında, “Rabitəbank” isə 17-23% aralığında təklif edir.

Beləliklə, gəldiyimiz nəticə budur ki, bir neçə banklar var ki, mikrokreditlər üçün güzəşt müddəti (grace period) təklif edir. Faizlər, məbləğ və müddət mikrobizneslərə fərdi qaydada analiz edilməklə təyin edilir.

ewe4424

Son xəbərlər
Digər xəbərlər