8 C
Baku
Friday, March 29, 2024

Mikromaliyyə Assosiasiyasından şəhid ailələri, qazi və digər şəxslərə kredit güzəştləri

Azərbaycanın mikromaliyyə sektoru İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və müharibədən zərərçəkən digər şəxslərə kredit güzəştlərinə başlayıb.

Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) verilən məlumatda deyilir.

“44 günlük müharibədə Azərbaycanın şanlı Ordusu Vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı Qarabağımızı düşmən tapdağından azad etdi. Bu Qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq və onların ailələrinin sosial problemlərinin həll edilməsində hər birimiz töhfəmizi verməliyik”, – deyə AMFA-dan bildirilib.

Qeyd edilib ki, dövlətimizin başçısının tapşırığı ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi qərarı verilib. Hərbçilərin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşların dəstəklənməsi məqsədilə AMFA üzvləri (BOKT-lar) yekdil olaraq müəyyən qərarlar qəbul edib. Adları çəkilən BOKT-lar göstərilən 3 kateqoriya üzrə müharibə iştirakçısı və ya müharibədən zərərçəkmişlərin borclarının silinməsinə dəstək verib:

– İkinci Qarabağ müharibəsi şəhidləri və onların birinci səviyyəli ailə üzvləri (ata, ana, yoldaş, övlad); buraya, eyni zamanda, fiziki imkanlarını itirmiş qazilərimiz və onların birinci səviyyəli ailə üzvləri daxildir.

– müharibə zamanı raket hücumu nəticəsində evinə və biznesinə zərər dəymiş (Gəncə, Tərtər, Bərdə və sair) müştərilər.

– müharibədə iştirak etmiş və müharibə zamanı xəsarət alan 1-ci səviyyəli müştərilər və onların ailə üzvləri borc üzrə faiz ödəməkdən azad olacaq.

Azərbaycanın mikromaliyyə təşkilatları – BOKT-lar tərəfindən şəhid və qazi ailələri, eləcə də vətəndaşlara aşağıdakı dəstək verilib:

– “Viator Mikrokredit Azərbaycan” BOKT tərəfindən şəhid olmuş 12 müştərinin 13 min 613 AZN kredit borcu silinib, evinə və ya biznesinə zərər dəymiş 3 müştəri 5016 AZN kredit faizi ödəməkdən azad edilib, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 9 müştəri isə 4224 AZN olmaqla borc üzrə faiz ödəməkdən azad olunub

– “KredAqro” BOKT tərəfindən şəhid olmuş 3 müştərinin 4237 AZN kredit borcu silinib, evinə və ya biznesinə zərər dəymiş 66 müştəri 174 min 822 AZN kredit faizi ödəməkdən azad edilib

– “İdeal Kredit” MMC BOKT tərəfindən şəhid olmuş 2 müştərinin 343,58 AZN kredit borcu silinib, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 4 müştəri isə 16,746 AZN olmaqla borc üzrə faiz ödəməkdən azad olunub

– “Qafqaz-Kredit” MMC BOKT tərəfindən şəhid olmuş 1 müştərinin 3741 AZN borcu silinib, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 1 müştəri isə 398 AZN borc üzrə faiz ödəməkdən azad edilib

– “Avrasiya Kredit” BOKT tərəfindən 4 şəhid ailəsinin 8288 AZN kredit borcu silinib, 7 fiziki imkanını itirmiş qazimizin 1217 AZN borcu silinib

– “İnkişaf üçün Maliyyə” BOKT tərəfindən 20 şəhid ailəsinin 37 min 52 AZN kredit borcu silinib

– “Aqrarkredit” QSC BOKT tərəfindən 5 şəhid ailəsinin 40 min 903 AZN kredit borcu silinib

– “FINCA-Azərbaycan” BOKT tərəfindən 5 şəhid ailəsinin 10 min 661 AZN kredit borcu silinib

– “FİNOKO” BOKT tərəfindən 8 şəhidin 17 min 265 AZN kredit borcu silinib, 4 fiziki imkanını itirmiş qazinin 5216 AZN borcu silinib.

Son xəbərlər
Digər xəbərlər