-3 C
Baku
Sunday, December 15, 2024

Mikromaliyyələşdirmə – pisdir yoxsa yaxşı?

Iqtisadçı Devid Rudman mikrokreditlərin nə olduğunu izah edir və onunla bağlı 5 ən geniş yayılmış mifə aydınlıq gətirir. İllüstrasiya kimi rəssam Den Taqın “Azadlıq və ölüm” seriyasından olan işlərindən istifadə olunmuşdur. Bu əsərdə dollar kupyuralarına yeni mahiyyət verilmişdi.

Mif 1. Mikrokreditlər – yoxsulluqla mübarizənin ən yaxşı üsulu

Təəssüf ki, bu belə deyil. Mikrokreditlər – bəzən 100 dolları belə aşmayan kiçik məbləğli kreditlərdir, kasıb insanlara öz kiçik bizneslərini yaratmaq məqsədilə verilir. Bu ideya inkişaf iqtisadiyyatında böyük populyarlıq qazandı və siyasətçilər, biznes liderləri və məşhurlar onu təbliğ edirdilər. Artıq 100 ölkədə 100 mindən çox adam bu tipli kiçik borclardan istifadə ediblər. 2006-cı ildə mikrokreditin banisi Məhəmməd Yunus yaradıcısı olduğu Grameen bankı birlikdə Nobel mükafatına layiq görüldü. Mikrokreditlər getdikcə yoxsulluqla mübarizə və qadın azadlığı uğrunda istifadə olunan əsas alətlərdən birinə çevrildi.

Bu inanc haradandır axı? Azadlıq və özünü təminat vəd edən mikrokreditlər ən müxtəlif əqidəli siyasətçilərin belə xoşuna gəlirdi. Kreditor – banklar üçüncü dünya ölkələrində yaşayan sadə insanların uğurları haqqında inandırıcı hekayələr danışırdılar. Nüfuzlu mənbələr, mikrokreditlərin əsasən də qadınların əlinə düşdükdə, onları yoxsulluqdan çıxarmaqları barədə inandırıcı məlumatlar misal gətirirdilər.

1a38dc. freedomland 10

Lakin bu tədqiqatlar şübhə altına salan yeni məlumatlar onu göstərir ki, mikrokreditlər yoxsulluğun fundamental göstəricilərinə, məsələn ev təsərrüfatı və ya uşaqların məktəb xərclərinə çox nadir hallarda müsbət təsir göstərir.

Məsələ bundadır ki, İEOÖ-lərin tədqiqat metodunun özü dəyişilib: indi onlar daha çox təsadüfi eksperimentlər əsasında aparılır. Onların mahiyyəti çox sadədir. Əgər siz görürsünüzsə ki, daha az ehtiyacı olan insanlar keçmişdə mikrokreditdən daha çox istifadə ediblər, onda hansının nəticə, hansının səbəb olduğunu deyə bilməyəcəksiniz: götürülən borc onlara kömək etdimi və ya nisbətən yüksək həyat şəraiti onları asan götürməyə icazə verir.

Fərz edək ki, siz püşk ataraq kənddə kimə kredit verib-verməyəcəyinizi müəyyənləşdirirsiniz, yalnız hər qrupdakı insanların taleyini izlədikdən sonra götürülən borcun insanların sonrakı taleyinə necə təsir etdiyini daha dəqiq deyə biləcəksiniz.

Hindistan, Monqolustan, Mərakeş və Filippində bu yaxınlarda aparılan tədqiqatlar onu göstərdi ki, doğrudan da pulun əldə olunması toyuq yetişdirmək və ya sari tikmək kimi kiçik bizneslərin yaradılmasını stimullaşdırır. Lakin tədqiqatçıların müşahidə etdikləri il yarım ərzində həmin insanlar yoxsulluqdan azad olmamışdılar. Daha doğrusu, mikrokreditlərin həyat səviyyəsinə təsiri demək olar ki, sıfıra bərabərdir. Yeni tapıntılar mikrokreditlər haqqında miflərlə təzad təşkil etsə də, lakin ümumilikdə, sağlam düşüncəyə zidd deyil. Əgər siz bu məqaləni jurnaldan (xüsusən də internetdən) oxuyursunuzsa, onda siz çox ehtimal ki, normal əmək haqqı alan və maddi çətinlik çəkməyən milyardla insanı əhatə edən qlobal orta təbəqəyə aidsiniz. Bəs ailə tarixinizdə baş vermiş hansı hadisə sizə belə yaşamağa icazə verir? Çətin ki, sizin babanızın keçi yetişdirmək üçün kredit götürdüyü iki yüz dollar. O vaxt da, indi də, insanın yoxsulluqdan can qurtarması üçün atacağı ən yaxşı addım–əməyin qeyri-müntəzəm ödənilməsindən müntəzəm ödənilməsinə yəni, sənayeləşmə dövrünün əvvəlində yaranmış peşələrə gedən yol idi.

Mif 2. Mikromaliyyə heç nəyə lazım deyil

Bu belə deyil. Mikrokreditlərin ətrafında yaranan səs-küyün heç bir şey olmadığını və bütün bir sahənin mənasız pul sərfi olduğunu demək düzgün olmazdı. 20 il əvvəl, jurnalist Helen Todd Grameeen bankının xidmətlərindən istifadə edən Banqladeşin iki kəndinin 62-dən çox qadının həyatını müşahidə etmək üçün bir il sərf etdi. Onlardan 40-ı mikrokredit götürmüşdü və onların hamısı bildirirdi ki, bu pulları işə yatırmağa sərf edəcəklər: kökəltmək üçün inək almaq və ya qabığını təmizləyərək daha baha satmaq üçün düyü almaq. Lakin, yalnız bir neçəsi belə etdi. Əksəriyyəti pullarını alış-verişə və ya torpaq kirayəsinə, əvvəlki kreditlərin ödənməsinə, ailə üçün düyü ehtiyatı və qızlarına cehiz vermək üçün xərclədilər.

69216d. reality sucks 11

Bunda yəqin ki, qorxulacaq heç nə yoxdur. Günü iki dollara yaşayan insanlar, təbii ki, belə etməyəcəkdi. Onlar bir gün üç, o bir gün bir dollar, bəzən isə heç nə xərcləmirlər. Ümumi götürsək, onların arasında, mövsüm ərzindəki bütün gəlirlərini bir dəfəyə alan fermerlər də ola bilər. Lakin buna baxmayaraq, hər gün uşaqları yedizdirmək lazımdır, ailə başçısı isə ən uyğunsuz momentdə xəstələnə bilər. Gözlənilməz gəlirləri isə gündəlik həyatla uyğunlaşdırmaq məqsədilə yaxşı vaxtlarda pulu yığmaq, pis vaxtlarda borc almaq üçün maliyyə alətləri axtarmaq məcburiyyətində qalırlar. Xəstələnmiş uşağın anası rəfiqəsindən pul ala, şəhərdə yaşayan qardaşını pul gətirməyə inandıra və hətta əgər bəxti gətiribsə, sığortadan istifadə edərək uşağın müalicəsini ödəyə bilər. Bu səbəbdən, mikrokreditlər maliyyə sisteminin bir halqasına çevrildi və yalnız kreditlərin verilməsi ilə məhdudlaşmır, bu tip bütün xidmətlər də göstərirdi.

Kasıb insanların daha az vəsaiti var, lakin onlar varlılardan daha ağılsız deyillər; əksinə, ehtiyac onları bəzən çox fərasətli edir. Və əgər qadın krediti öz işi üçün götürürsə və sonra onu düyü almağa və ya damın təmirinə xərcləyirsə, deyə bilmərəm ki, “Mən elə belə də bilirdim!”. Əgər birinci dünya ölkələrində belə mobil telefonları kreditə götürmək mümkündürsə, onda biz kasıblardan niyə başqa şey gözləyirik?

Mif 3. Mikrokrediti Məhəmməd Yunus fikirləşdi

Bəli, Henri Fordun müasir avtomobili icad etdiyi kimi… Fordun yeniliyi müasir konveyer olmuşdur, Yunusun tapıntısı isə birgə öhdəliklər ideyası idi: borcalanların kiçik bir qrupu-məsələn, bir kəndin qadınları- bir-birinin kreditlərinə görə kollektiv məsuliyyət daşıyırlar. Qonşuların məsləhəti standart zaminlik sənədləri ilə əvəz edildi və vaxtında ödənişin son dərəcədə yüksək səviyyəsi təmin edildi. Kollektiv məsuliyyətdə yeni heç nə yoxdur.

“Süleymanın Məsəlləri” kitabında xəbərdarlıq edilir :“Kim başqasına zaminlik edirsə, o özünə pislik edir, kim ki zaminliyə qarşıdırsa, o təhlükəsizlikdədir”.

d744c4. dont tread on me 11

Oxşar ideya 1850-ci illərdə Almaniyada geniş yayılmış kredit cəmiyyətlərinin əsasını təşkil edirdi: birlikdə toplanmış kasıb insanlar xarici mənbələrdən borc götürürdülər, sonra isə ödənişləri öz aralarında bölüşdürürdülər. 20-ci əsrin əvvəllərində koloniyalardakı özbaşınalığa son qoymaq üçün britaniyalılar həmin vaxtlarda müasir Banqladeşin də tərkibində olduğu Hindistanda kredit cəmiyyətlərini genişləndirdi. Müxtəlif sınaq və səhvlərdən sonra öz mikrokredit biznesini quran Yunus 1970-ci illərin sonunda artıq fəaliyyət göstərən kooperativlərindən ilham alırdı.

Lakin Ford ilə müqayisə etməyimiz əsassız deyil. 28 il ərzində (2011-ci ildə siyasi səbəblərdən ölkənin baş naziri onu işdən qovmamışdan qabaq) Yunus minlərlə işçisi və milyonlarla məmnun müştərisi olan bank yaratdı. Onun sayəsində Banqladeşdə rəqabət inkişaf etməyə başladı. Məhz Yunusun tətbiq etdiyi model digər ölkələr üçün nümunə oldu. Yunus mikrokreditin ilk yaradıcısı idi ki, sahibkar kimi fəaliyyət göstərirdi. O, kütləvi xidmətə əsaslanır və borclar üzrə əməliyyat xərclərinin böyük bir hissəsini ödəməyə kifayət edən faiz dərəcəsini müəyyənləşdirirdi. Bu öz növbəsində müştərilərinin sayını artırmağa imkan verdi.

Mif 4. Mikrokreditlər qadınları azad edir

Tam olaraq deyil. Mikrokreditlərin yeni tarixi 1970-ci illərin əvvəlində, gender bərabərliyi hərəkatlarının qloballaşdığı bir dövrdə başlamışdır və kredit alıcılarının əsasını qadınlar təşkil edirdi. Kredit operatorları əmin edirdilər ki, onların verdiyi borc qadınlara daha çox azadlıq verir. Evə pul ilə qayıdan qadınlar deyirdilər ki, onların təsərrüfatın idarə edilməsi ilə bağlı suallarda əri ilə mübahisə etməyə daha çox əsasları olurdu (məsələn, qida yoxsa pivə almaq, istehlak və ya investisiya etmək). Bundan əlavə, qadınların evə bağlı olduğu Banqladeş kimi ənənəvi mədəniyyətlərdə, onlar öz işlərini aparmaqda daha azad olurdular- deməli, insan içinə çıxır və maariflənirdilər. Bununla yanaşı, mikrokreditin əsas nöqsanlı cəhəti ətrafdakı insanların təzyiqidir. İctimai təzyiqə həssaslıq – bu kreditlərin qadına verilməsinin əsas səbəbi idi. Bir çox hallarda qadınlar kişilərdən daha az mübahisə edir və ödəmələrin həyata keçirilməsində daha dəqiqdirlər.

181a1e. live free or die 10

Antropoloqların tədqiqatları mikrokreditlərin qadınların azadlığına necə təsir etdiyi barədə birmənalı fikir yürütməyə imkan vermir. Məsələn, 1990-cı illərdə Banqladeşdə mikrokreditin sosial nəticələrini tədqiq edən Sayed Xaşemi, Sidni Şuler və En Rayli belə bir nəticəyə gəldilər ki, Grameen bankının borcalanları müəyyən azadlıq hiss edirlər. Lakin bir sıra digər optimist olmayan hallar da var. Antropoloq Lamiyə Kərim, Banqladeşdə borclarını ödəyə bilməyən qadınların öz əmlakından, çıxılmaz vəziyyətdə isə hətta öz evlərindən məhrum olduqları bir neçə hadisəni təsvir etmişdir. Onların əmlakları qadın yoldaşları tərəfindən borcların ödənilməsi məqsədilə satılırdı.

Kreditlərin ən məşhur forması olan Grameen bankının qrup kreditləri qadın azadlığına heç bir təsir göstərmir. Bunun əsas səbəbi isə, borcalanların qrup şəklində təzyiqidir. Əldən ələ verilən fərdi mikrokreditlər və hər həftə borcalanlarının görüşünə getmək zəruriyətinin olmaması daha az nöqsanlara malikdir, nəinki qrup mikrokreditləri. Əgər bankın əməkdaşları kredit verilməsi ilə bağlı qərarı qrupa verə bilmirsə, onda onlar daha çox vaxt tələb edən, öhdəlikləri və borcalanın kredit tarixini araşdırmaq məcburiyyətində qalırlar. Nəticədə, institutun gəlirləri azalır və ən çox ehtiyacı olanlara rəhbər tutmamağa başlayırlar.

5. Mikrokreditlər adi maliyyə sisteminin irrasionallığından müdafiə olunub

Təbii ki, yox. Mikrokredit dəbi ictimaiyyətdə belə bir təəssürat oyadır ki, bu sahədə nə qədər çox pul varsa, bir o qədər yaxşıdır. Həqiqətdə isə, o adi kreditlərə nisbətən bazarda baş vermiş dəyişikliklərdən daha çox ziyan çəkir. Bu sahənin iki əsas problemi var. Birincisi, kasıb insanların borc səviyyəsinə nəzarət edən kredit şöbələrinin olmamasıdır (banklar gözübağlı hərəkət etməyə məcbur olurlar). İkincisi isə, mikrokreditin yoxsulluqdan qurtulmağın bir vasitəsi olduğuna inamdır ki, bu da bazarın xeyirxah və qeyri-kommersiya təşkilatlarının pulları ilə dolmasına səbəb olmuşdur.

1b4800. holy shit 2011

Bir çox ölkələrdə ödənilməmiş mikrokreditlərin həcmi son il ərzində 30-35% artmışdır, bu kreditorların gözlədiyindən daha sürətlə baş verir. Nikaraquada prezident Daniel Orteqo tərəfindən dəstəklənən borcalanların etiraz dalğası iri Banex bankını talan etdi. Son beş il ərzində Bosniya-Herseqovina, Mərakeş və Pakistanın bir sıra bölgələrində də artıq səbirlər tükənmişdir. Qısamüddətli dövrdə borc götürüb, lakin ödəməyən borcalan üçün bu sərfəlidir: əgər bank itirdisə, deməli kimsə qazandı. Lakin nəticədə, sistem məhv olacaq və heç kəsin maliyyəyə girişi olmayacaq.

2010-cu ildə Hind ştatı Andxra-Pradeşdə hakimiyyət sadəcə bir gündə bütün bir sahəni bağladı, əks halda onsuzda onlar məhv olacaqdılar. Orada mikro maliyyələşmə o qədər güclü inkişaf etmişdir ki, bəzi kəndlərdə kreditlər borcalanların yığışdığı həftənin günləri ilə adlanırdı. Bəzi qadınlar hər gün iclasa gedirdilər.

Ümumiyyətlə, mikro maliyyə yoxsulluğun çarəsinə dərman deyil, lakin onların da öz üstünlükləri var. Onların gücü yoxsulluq və gender bərabərsizliyi ilə mübarizədə deyil, dinamiki fəaliyyət göstərən və milyonlarla müştəriyə faydalı xidmətlər təklif edən institutların yaradılmasındadır. Öz həyatınızı maliyyəsiz təsəvvür edə bilərsiz? Maliyyə xidmətləri hava-su kimi lazımdır. Mikromaliyyə (kasıb insanlara kütləvi şəkildə xidmət göstərən biznes və qeyri-kommersiya müəssisələrdir) nəinki, mikrokreditlə kifayətlənir, mikro yığım, mikro sığorta və mikro köçürmələri də əhatə edir.

Son xəbərlər
Digər xəbərlər