9 C
Baku
Thursday, December 12, 2024

Mil Kart nədir və hansı banklar təklif edir? (Qiymətlər) – ARAŞDIRMA

Mil kart təyyarə bileti əldə etmək üçün istifadə olunan kartdır. Bu kartlar vasitəsilə ödənişlər etdikdə millər toplanır və müəyyən saya çatdıqda milləri ödənişsiz biletə dəyişmək mümkündür.

Azərbaycanda hazırda Kapital Bank BirKart Miles” kartını, “Unibank” “Unimiles” kartını, “PAŞA Bank” “Turkish Airlines Miles&Smiles” kartlarını, “Premium Bank”  “AZAL Miles”, Bank of Baku  “Bolkart Diamond” Debet və Kredit kartlarını təklif edir. 

Mil kartların üstünlükləri və qiymətləri 

Bank of Baku –  Bolkart Diamond Debet kartının qiyməti 2 illik 150 AZN-dir. Bolkartla alış-veriş etdiyiniz zaman ballar qazanırsınız. BAL-lar qazanılma və istifadə müddətinə görə 2 növdə olur: 1. Standart BAL və 2. Kampaniya BALı.Standart BAL – alış-veriş zamanı qazandığınız BAL-dır və standart istifadə müddətinə (qazanıldığı günün ertəsi günündən başlayaraq növbəti ilin sonunadək) malikdir. Kampaniya BALı – Bank və ya Bankın ticarət və ya xidmət partnyorları tərəfindən keçirilən xüsusi kampaniyalar zamanı xüsusi şərtlərlə qazanılan BAL-dır. Bu növ BAL-ların istifadə müddəti müxtəlif ola bilər və keçirilən kampaniyanın şərtlərindən asılıdır..BAL-ların hesablanması üçün Bolkart aktiv olmalıdır.BAL-ların istifadəsi zamanı 1 (bir) Bal = 1 (bir) manat kimi qiymətləndirilir. Bolkart Diamond Kredit kartının qiyməti isə 5 illik 150 AZN-  dir.

Kapital Bank – Qazanılmış millər 2 il müddətində qüvvədə olur. Kartın müddəti 36 ay və  qiyməti 1 illik 35 AZN-dir. (BirKart Miles kartının yalnız Debet funksiyasını seçsəniz bu zaman kartın qiyməti 3 illik 80 Azn olacaq, kartı 3 fərqli valyutada (AZN/USD/EUR) əldə etmək mümkün olacaq və kartda taksit funksiyası qüvvədə olmayacaqdır. İş yerində rəsmi qeydiyyatla çalışan şəxslər;Kapital Bankda əmək haqqı və pensiya kartı olan şəxslər, yaş həddi – min. 18 yaş, maks. 67 yaş olanlar birkartı ala bilərlər. Son iş yerində staj minimum 6 ay olmalıdır (Kapital Bank müştəriləri üçün 3 ay). Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Kapital Bankda millərin hesablanması: Ölkədaxili əməliyyatlara görə 1 AZN = 1 mil, ölkəxarici əməliyyatlara görə 1 AZN = 1.5 mil, depozit gəlirlərinə görə 1 AZN =65 mil, Milləri hər hansı aviabiletə dəyişmək üçün hesablama forması 65 mil = 1 AZN-dir.

Unibankın təklif etdiyi „Unimiles” kartının qiyməti 3 illik 100 AZN təşkil edir. Millər necə qazanılır? UniMiles plastik kartları ilə edilən nağdsız əməliyyatlar millər qazandırır. İlk nağdsız əməliyyatdan sonra 1000 mil Xoşgəldim bonusu hədiyyə olunur. Millərin istifadə müddəti 24 aydır. Miles bonuslarına  “Miles Şəxsi kabinet”-də nəzarət oluna bilər.

PAŞA Bank Türk Hava Yolları ilə ko-brendinq formatında PAŞA Bank Miles&Smiles kartını müştərilərin ixtiyarına verir. “PAŞA Bank” və “Türk Hava Yolları”nın birgə kartını əldə edən müştərilər, həm ölkə daxilində, həm də ölkə xaricində əməliyyatlar aparmaqla “Türk Hava Yolları”ndan millər qazanacaqlar. Bu millər hesabına bilet əldə etmək mümkün olacaqdır. Kartın yararlılıq müddəti 3 ildir. Miles&Smiles 2 proqramı əhatə edən kart məhsulu mövcuddur: 1) Black 2) Elite. PAŞA Bank Miles&Smiles Black 250 AZN, PAŞA Bank Miles&Smiles Elite isə 600 AZN-dir. “PAŞA Bank”ın təklif etdiyi mil kartın “Black Edition” versiyasında 10.000 mil,  “World Elite” versiyasında isə 20.000 mil avans götürmək mümkündür.

Premium Bank – “Premium Bank”-in yaxınlıqda yerləşən filialında cədvəldə qeyd olunan mil kartları almaqla siz həm bankın müştərisi, həm də “Azal Miles” programının iştirakçısı ola bilərsiz. Lazımi məbləğdə balları toplamaqla aviaşirkətin təqdim etdiyi pulsuz aviabilet (biznes və ekonom sinifi) imkanı əldə edirsiz. Premium Bank-ın təklif etdiyi kartlar 2 illik və 3 illikdir. Qiymətlərlə bağlı ətraflı məlumat cədvəldə qeyd olunub.

Bildirək ki, ən ucuz mil kart “Premium Bank”, ən baha mil kart isə PAŞA Bank tərəfindən təklif olunur.

Bank

Kart

Kartın müddəti

Kartın qiyməti

Millərin qazanılması

Hansı avia şirkət

 

Bank of Baku

Bolkart Diamond Debet

2 il

2 illik – 150 AZN

MİL-lər BAL-lara əsasən hesablanır və MİL-lərin hesablanması zamanı qazanılış 1 (bir) BAL 100 (yüz) MİL kimi qiymətləndirilir.

Yalnız “Azərbaycan Hava Yolları”

 

(Visa İnfinite)

 

Bolkart Diamond Kredit

5 il

5 illik – 150 AZN

 

(Visa İnfinite)

 

Silkway Bank

MC Standard Miles

2 il / 3 il

2 illik – 40 AZN

1 BAL qazanılması üçün               Ölkədaxili – 13 AZN  Ölkəxarici – 8 AZN

Yalnız “Azərbaycan Hava Yolları”

 

3 illik – 50 AZN

 
 

MC Gold Miles

2 il / 3 il

2 illik – 100 AZN

1 BAL qazanılması üçün               Ölkədaxili – 12 AZN  Ölkəxarici – 7 AZN

 

3 illik – 120 AZN

 
 

MCPlatinum Miles

2 il / 3 il

2 illik – 200 AZN

1 BAL qazanılması üçün               Ölkədaxili – 11 AZN  Ölkəxarici – 6 AZN

 

3 illik – 250 AZN

 
 

MC Black Edition Miles

2 il / 3 il

2 illik – 350 AZN

1 BAL qazanılması üçün                Ölkədaxili – 10 AZN Ölkəxarici – 5 AZN

 

3 illik – 400 AZN

 
 

Visa Classic Miles

2 il / 3 il

2 illik – 40 AZN

1 BAL qazanılması üçün               Ölkədaxili – 13 AZN Ölkəxarici – 8 AZN

 

3 illik –  50 AZN

 
 

Visa Gold Miles

2 il / 3 il

 2 illik –  100 AZN

1 BAL qazanılması üçün               Ölkədaxili – 12 AZN  Ölkəxarici – 7 AZN

 

3 illik –  120 AZN

 
 

Visa Platinum Miles

2 il / 3 il

2 illik – 200 AZN

1 BAL qazanılması üçün               Ölkədaxili – 11 AZN  Ölkəxarici – 6 AZN

 

 3 illik –  250 AZN

 
 

Kapital Bank

Birkart Miles Kredit

3 il

1 illik – 35 AZN

Ölkədaxili hər 1 AZN-lik ödənişə 1 Mil, ölkəxarici 1.5 Mil.

İstənilən aviaşirkət

 

(MC Paltinium)

 

Birkart Miles Debet

3 il

3 illik – 80 AZN

 

(MC Paltinium)

 

Unibank

UniMiles                                 MC Platinum / VisaPlatinum

3 il

3 illik – 100 AZN

UniMiles plastik kartları ilə partnyor və qeyri- partnyor şəbəkələrdə edilən nağdsız əməliyyatlar Miles bonusları qazandıracaq

İstənilən aviaşirkət

 

PaşaBank

World Black Edition

3 il

250 AZN

1.PASHA Bank şəbəkəsində və ölkə xarici ödənişlər üzrə – 1 AZN -0,5 mil                   2.PASHA Bank şəbəkəsində və ölkə xarici ödənişlər üzrə – 1 AZN – 1 mil

Yalnız Turkish Airlines

 

World Elite

600 AZN

 

Kartlarda toplanmış milləri necə ödənişsiz biletə dəyişmək olar?

Bank of Baku – Həm ölkəxaricində, həm də ölkədaxilində istənilən POS terminallar və E- ticarət ilə ödəniş zamanı BAL-lar hesablanır. Bank of Baku terminalları ilə edilən ödənişlər daha çox BAL qazandırır. Toplanan milləri yalnız AZAL-da istifadə etməyiniz mümkündür. Bunun üçün banka müraciət etməlisiniz.

Kapital Bank – İlk öncə BirKart Miles vasitəsilə istənilən aviaşirkətinin saytından bilet alırsınız. Millərin əvəzlənməsi üçün «BirBank» proqramına daxil olaraq «Bonuslarım» menyusuna keçid etmək lazım olacaq. Kart hesabı üzrə son 30 gün ərzində aparılmış avia-bilet alış əməliyyatına daxil olub və əməliyyatı seçərək Dərhal dəyiş yazısını tuşlayın. Hesabda kifayət qədər mil olduqda əməliyyat təsdiqlənir, bonus hesabından millər silinir və kart hesabına avia-bilet üzrə alış əməliyyatının məbləği mədaxil olunur.

Unibank – İstənilən hava yollarında aviabilet UniMiles kartı ilə müştərinin öz vəsaitinə alınmalıdır. Daha sonra  “Miles Şəxsi kabinet”-də, aviabilətə xərclənən məbləğ millərlə əvəzləşdirilərək karta geri qaytarılır. Daha sonra şəxsi kabinetinizdən nəzər yetirərsiniz, hesablaşması getdikdən sonra orada əks olunacaq o ödəniş, bundan sonra kartınızdaki millər yetərli olarsa, şəxsi kabinetdən millərinizi həmin ödənişə dəyişirsiniz, məbləğ kartınıza geri qayıdır, miliniz silinir.

PAŞA Bank –  “PAŞA Bank”  Miles&Smiles” kartı ilə toplanmış milləri Türk Hava Yollarının mobil proqramı vasitəsilə  bir neçə dəqiqə ərzində aviabiletə dəyişmək mümkündür. Mil toplayıb pulsuz aviabiletə dəyişmək üçün gözləməyə və səfərinizi təxirə salmağa ehtiyac yoxdur. Sadəcə olaraq, *9123 zəng edib identifikasiyadan keçməklə pulsuz aviabilet əldə etmək üçün çatışmayan millər Sizin mil balansınıza köçürüləcək. Xidmət pulsuz təqdim edilir.

Premium Bank – Səyahət balları “Azərbaycan Hava Yolları” QSC-nin müntəzəm uçuşlarında mükafatlandırıcı aviabiletlərə dəyişdirilə bilər. Səyahət ballarınızdan “Azərbaycan Hava Yolları” tərəfindən mükafatlandırmaların əldə edilməsi üçün istifadə etmək mümkündür.Ballarınızın lazımi miqdarda olub-olmamasını yoxlamaq üçün hesabınızdan istifadə edərək səyahət ballarının balansını yoxlayın.Səyahət etmək istədiyiniz tarixdə mükafatlandırıcı aviabiletlərin mövcudluğunu yoxlamaq üçün “Azərbaycan Hava Yolları”nın yaxınlıqda olan satış ofisləri ilə əlaqə saxlayın. Seçdiyiniz mükafatlandırıcı aviabilet üçün şəxsən müraciət edin. Mükafatlandırıcı aviabileti təxsis edən zaman siz rüsumları, hava limanı yığımlarını və digər xərcləri ödəməlisiniz.

 

Son xəbərlər
Digər xəbərlər