15 C
Baku
Friday, March 29, 2024

Millət vəkili:”Kriptovalyutaya dövlət diqqətinin artırılmasına zərurət yaranıb”

Kriptovalyuta bazarında qeyri-stabil vəziyyət dövlətin bu sahəyə diqqətinin artırılmasına zərurət yaradır.

Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, qeyd olunan sahə innovativ olsa da, vətəndaşların sosial mövqeyi tərəfindən olduqca riskli hesab olunur.
“Düşünürəm bu məsələyə dair daha çox araşdırmaya ehtiyac var. Baş verən qiymət oynaması, “Bitcoin”in qiymətini sürətlə enməsini görürsünüz. Hətta 80 ABŞ dollarına satılan bəzi kriptovalyutaların qiyməti sıfırlanıb. Kifayət qədər pul itirənlər var. Yəni bu məsələ çox innovativ bir məsələ olsa da, vətəndaşların sosial mövqeyi baxımından çox risklidir və dövlət burada hökmən ehtiyatlı olmalıdır. Yoxsa itkinin sayı o qədər böyük ola bilər ki, qarşısını almaq olmaz”, – deyə Tahir Mirkişili qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər