“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlar var”.
Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında, sözügedən sənədin I oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, əmək qaydaları, zonada ətraf mühitin mühafizəsi, mübahisələrin həlli ilə bağlı maddələr yenidən işlənilməli və yaxud qanunvericilikdən çıxarılmalıdır: “Azərbaycanın bir hissəsində xarici invesotlar üçün güzəştlər nəzərdə tutulur. Bu müsbət haldır. Ancaq söhbət ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqdan gedirsə, burda güzəşt etmək olmaz”.