Gələn il Azərbaycanın dövlət büdcəsindən Milli Arxiv İdarəsinə 8,6 milyon manat vəsait ayrılacaq.
Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bunun 5,5 milyon manatı İdarənin saxlanılmasına, 3,1 milyon manatı isə “Arxiv İşinin İnkişafına dair 2021-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldiləcək.
Dövlət proqramı çərçivəsində milli arxif fondunun sənədlərinin mühafizəsi və istifadəsinin səmərəliliyinin artırılması, arxiv sənədlərinin 2020-2025-ci illərdə mərhələli şəkildə rəqəmsallaşdırılması, bunun üçün alqoritmlərin hazırlanması, İKT tətbiq etməklə vahid elektron arxiv məlumat bazasının formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi və digər işlərin görülməsi nəzərdə tutulub.