11 C
Baku
Monday, September 30, 2024

Milli Depozit Mərkəzi və  4 bank arasında kollektiv saziş imzalanıb

Bu gün Bakıda “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Depozit Mərkəzi və  4 bank arasında kollektiv saziş imzalanıb.

Sazişi Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Araz Əliyev, Azər Türk Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Xalq Bankın İdarə heyəti sədrinin 1-ci müavini Kamran Məcidov, YapıKredi Bank Azərbaycanın İdarə Heyətinin sədri Cenk Yüksəl imzalayıblar.

Sazişdə Azərbaycan qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bankların klirinq təşkilatının üzvü qismində iştirakını və  hesablaşma agenti modelinin tətbiqi nəzərdə tutulub. Belə ki, hesablaşma zamanı aktivlərin əvvəlcədən deponentləşdirilməsinə zərurəti qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qiymətli kağızların təkrar bazarında tamamilə aradan qalxacaq ki, bu da öz növbəsində, bazarda likvidliyin daha səmərəli tənzimlənməsini təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər