13 C
Baku
Friday, April 26, 2024

Milli Depozit Mərkəzinə yeni rəhbər təyin edilib

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) daxili audit departamentinin direktoru Elçin Əlizadə AMB-dəki vəzifəsi qalmaqla Müşahidə Şurasının sədri seçilib. O, bu vəzifədə Əli Əhmədovu əvəz edib.

Bundan əlavə, Mərkəzi Bankın kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova da AMB-dəki vəzifəsi qalmaqla MDM-in Müşahidə Şurasının sədr müavini seçilib.

Qeyd edək ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası həmçinin iki üzvdən – Nadir Babazadə və Elçin Məmmədovdən ibarətdir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər