24 C
Baku
Tuesday, July 8, 2025

Milli Məclis qəlyan üçün hazırlanan tütünlərlə bağlı layihəni II oxunuşda qəbul edib

Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

Bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər