-4 C
Baku
Wednesday, February 28, 2024

Milli Məclisdə bir oxunuşda baxılacaq qanun layihələrinin sayı artırılır

Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri barədə qanun layihələrinə bir oxunuşda baxılacaq.

Bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklik “Normativ hüquqi aktlar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər