14 C
Baku
Friday, May 17, 2024

Milli Məclis azad edilmiş ərazilərdəki yataqlarla bağlı sazişi təsdiqləyəcək

Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında bağlanmış saziş Milli Məclisə daxil olub.

Sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Əvvəllər bu saziş “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” adlanırdı və “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında imzalanmışdı.

Sənədə yeni təriflər (minatəmizləmə əməliyyatları), minatəmizləmə proqramı və s. sözlər əlavə edilir.

Bundan əlavə sənədə yeni bəndlər də əlavə olunur. Yeni bəndə əsasən tərəflər qəbul edirlər ki, hər hansı minatəmizləmə əməliyyatlarının, hərbi əməliyyatların dayandırılmasına, sülh prosesinə və təhlükəsizlik tədbirlərinə baxmayaraq minaların və partlamamış hərbi sursatların olması və düşmən hərəkətlərin edilməsi (hərbi, terror və digər hərəkətlər daxil olmaqla) riski Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağının müəyyən ərazilərində mövcud ola bilər.

Podratçı Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağında minatəmizləmə əməliyyatlarını həyata keçirmək hüququna malikdir (lakin bu öhdəlik daşımır). Bundan əlavə, podratçı tam olaraq Söyüdlü mədən filiz yatağından imtina edir.

Sazişdə Vejnəli mədən filiz yatağı ilə bağlı minatəmizləmə əməliyyatlarının həyata keçiriləcəyi qaydalar da qeyd olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər