6 C
Baku
Sunday, December 15, 2024

Milli Məclis pensiya yaşının aşağı salınması təklif edilir

“Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim. İndi vətəndaş II, III qrup pensiya almaq üçün orqanizminin neçə faizini itirməlidir? Buna cavab verilsin. Deputatlar bu qanuna səs verəcəklər. Sonra gedəcəklər öz seçicilərinin yanına. Seçiciləri də deyəcək ki, siz nəyə səs vermisiniz? Ona görə də müvafiq nazirlik bu faizlərə aydınlıq gətirməlidir. Mən bu məsələlərə aydınlıq gətirilmədən bu qanunun lehinə səs verə bilmərəm”, – deputat vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər