Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 233 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 155 nəfəri isə imza vərəqələrin artıq götürüb.
©Report