3 C
Baku
Saturday, December 14, 2024

Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Banker.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər