Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.
Bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.
Xərclər smetasından əməyin ödənişi fondu – 36 milyon 105 min 1 manat, ştatda olan işçilərin əmək haqqı – 24 milyon 105 min 480 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, ekspertlərin əmək haqqı – 427.680 manat, Milli Məclisin aparatı üzrə əmək haqqı – 8 milyon 825 min 280 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı – 4 milyon 7995 min 5960 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr – 2 milyon 229 min 840 manat, ştatdankənar işçilərin əmək haqqı – 30 min 500 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat və s. xərclər üçün vəsait ayrılıb.
Sənəd müzakirəyə çıxarılaraq qəbul edilib.
©APA