Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılıb.
Müzakirələrdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyyatlar, energetika və ekologiya , Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələri birgə iştirak edir.
Həmçinin dövlət büdcəsinin zərfinin müzakirəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Maliyyə Naziri Samir Şərifov da iştirak edir.
Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
Modern.az