Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyası üçün İş planına “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi daxil ediləcək.
Bunu açıqlamasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Fazil Mustafa komitənin İş planı üzərində işin artıq yekunlaşmaq üzrə olduğunu nəzərə çatdırıb: “Bir sıra qanunvericilik aktları var ki, komitə rəy verdiyi üçün onlara dəyişikliklərin müzakirəsi də İş planına salınacaq. Eyni zamanda İş planında təşkilati məsələlər də yer alacaq”.