Azərbaycan Milli Məclisinin (MM) deputatları tətildən qayıdıblar.
Onların tətil müddəti avqustun 30-da başa çatıb.
Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Milli Məclisin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Bu dövrdə deputatlar məzuniyyətdə sayılırlar.
Bu müddətdə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.