10 C
Baku
Thursday, December 12, 2024

Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq.

Milli Məclisin martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yenə bu il dekabrın 30-dək qüvvədə olacaq.

Qeyd edək ki, eyni zamanda bu dəyişiklik Milli Məclisə seçim imkanı verəcək ki, virtual iclaslar internetlə yanaşı, intranet (ölkədaxili), lokal şəbəkələrdən istifadə etməklə reallaşdırılsın.

©APA

Son xəbərlər
Digər xəbərlər