9 C
Baku
Friday, December 13, 2024

Milli Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planı açıqlanıb

Milli Məclisin 2022-ci il yaz sessiyası üçün qanunvericilik işləri planına 10 məsələ daxil ediləcək.

Bununla bağlı məsələ parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib. Qanunvericilik işləri planına daxil olan layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri

3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

4.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

5. “Lombardlar haqqında” qanun layihəsi

6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

7. “Ali təhsil haqqında” qanun layihəsi

8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər