19 C
Baku
Sunday, May 19, 2024

MilliÖn terminallarını keçidlərdən götürür

Son zamanlar bir neçə “MilliÖn” ödəmə terminallarından oğurluq edilib.

Bakının mərkəzində “MilliÖn” ödəmə terminallarının piyada keçidlərindən yığışdırılmasının səbəbi məlum oldu.

“Milli Ön” ödəmə terminalları təqdim edən “Komtec” şirkətinin marketinq şöbəsindən Oxu.Az-a daxil olan məlumata görə, piyada keçidlərində “MilliÖn” ödəmə terminallarının yığışdırılmasına səbəb əhali tərəfindən ödəmə terminallarına vurulan ziyanla əlaqəlidir.

Şirkətdən verilən məlumatda bildirilir ki, terminallar artıq bir müddətdir ki, yığışdırılıb.

“Bəzi piyada keçidlərində quraşdırılan ödəmə terminalları ilə əhali düzgün davranmır, aparatı təpikləyir, üzərində müxtəlif yazılar yazırlar. Bir tərəfdən tərifləyirlər ki, bizim üçün rahatdır qoyun, amma digər tərəfdən terminallara ziyan vururlar. Ödəmə terminallarının da 24 saat yanında dayanıb nəzarət etmək mümkün deyil. Ola bilər ki, gələcəkdə ödəmə terminalları orda bərpa edilsin, amma hazırda bunu planlaşdırmırıq”.

Konteks şirkətindən qeyd ediblər ki, ödəmə terminallarına əlavə kilidin quraşdırılması aparatın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atılan addımdır.

13:30

Bakının mərkəzində yeraltı piyada keçidlərində quraşdırılan “MilliÖn” ödəmə terminalı yığışdırılıb.

Oxu.Az-ın əməkdaşı paytaxtın mərkəzində yerləşən yeraltı piyada keçidlərində apardığı müşahidələr zamanı bu qənaətə gəlib.

“MilliÖn” ödəmə terminallarının yeraltı keçidlərdən hansı səbəbdən yığışdırılması məlum deyil.

Lakin qeyd edək ki, son zamanlar müxtəlif şirkətlərə məxsus ödəmə terminallarından oğurluq hadisələri qeydə alınıb.

Hətta bir neçə oğurluq hadisəsindən sonra ödəmə terminalına əlavə kilid də quraşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər