8 C
Baku
Monday, November 18, 2024

Milyard dollarlıq kriptovalyuta nəhəngi necə müflis oldu?

Aprel ayından bəri kriptovalyuta bazarı 1 trilyon dollardan çox dəyər itirib. Bu müddətdə dollara sabitləndiyi iddia edilən Terra və bacısı Luna 60 milyard dollar zərərlə iflas edib.

Bu vəziyyət sektora olan inamı sarsıtdı və riskdən qaçmaq istəyi kriptovalyutalardan qaçışı sürətləndirdi. Çoxsaylı kriptovalyuta şirkətləri də müflis oldu. Bu şirkətlərdən biri olan “Three Arrows Capital” (3AC) 10 milyard dollara yaxın aktivinin böyük hissəsini itirdi və minlərlə müştərisinin həyatını kabusa çevirdi.

Three Arrows-un strategiyası sənayedən borc götürmək və sonra bu kapitalı digər, xüsusilə də yeni kriptovalyuta layihələrinə investisiya etmək üzərində qurulub. Şirkət on ildir bu sahədə fəaliyyət göstərdiyindən sektorda bir çəkisi olub. Lakin şirkət bu yaxınlarda “Voyager Digital” adlı şirkətə olan 670 milyon dollar borcunu ödəyə bilmədi və o gündən etibarən investorlar üçün yuxusuz gecələr başladı.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, 3AC rəhbərləri Lunaya 200 milyon dollar investisiya qoyduqlarını və problemlərin bazardan qaynaqlandığını iddia edirlər. Bununla belə, kriptovalyuta bazarını izləyən ekspertlər şirkət rəhbərlərinin real itkilərinin 560 milyon dollar səviyyəsində olduğunu və şirkət rəhbərlərinin bunu gizlətməyə çalışdıqlarını düşünürlər.

Rəqəmsal bazarları yaxından izləyən ekspertlər, son zamanlar aparıcı şirkətlərin bir-birinin ardınca iflasa uğramasının sektora olan inamı ciddi şəkildə sarsıtdığına diqqət çəkərək investorlara diqqətli olmaları barədə xəbərdarlıq ediblər.

 

Son xəbərlər
Digər xəbərlər