16 C
Baku
Thursday, April 25, 2024

Milyarder Bob Parsons: uğurun 17 şərti

1. Öz komfort zonanı tərk et və ondan uzaq dayan.

2. Heç zaman təslim olma.

3. Hər şeyi atmağa hazır olanda, bəlkə də, uğura həmişəkindən daha çox yaxınsan.

4. Səni nəyin narahat etməsindən asılı olmayaraq, həmişə baş verə biləcək hadisə ilə bağlı, nəyinki ən pis ehtimalı belə nəzərə al, həm də bu ehtimalın nə dərəcədə pis ola biləcəyini özün üçün müəyyən et. 

5. Sən nəyinsə baş verməyini istəyirsən? Onda diqqətini məhz onda cəmləşdir.

6. Köhnə bir deyimi yada salaq: «Ağlına gələn, başına gələr» (Niyyətin hara, mənzilin ora).

7. Diqqətini yalnız bu gün etməli olduğun işlərdə cəmləşdir.

8. Qərarları cəld qəbul elə. İkinci Dünya Müharibəsi dövrlərinin amerikalı generalı Corc Smit Pattonun sözlərini yada sal: bu gün zorakılıqla həyata keçirilmiş adi yaxşı plan, heç şübhəsiz ki, sabaha hazırlanacaq ən mükəmməl plandan daha yaxşıdır.

9. Həmişə hərəkətdə ol.

10. Hər bir əhəmiyyətli şeyi ölç. Ölçülən və müşahidə olunan hər bir şey, mükəmməlləşir.

11. İdarə olunmayan hər şey korlanır. Əgər haqqında hələ ki, xəbər tutmadığın problemləri üzə çıxarmaq istəyirsənsə, onda bir müddətdir ki, diqqətindən kənarda qalmış və yoxlamadığın sahələri nəzərdən keçirmək üçün bir dəqiqə vaxt tapmağa çalış.

12. Heç vaxt heç kəsə səni qorxutmağa izn vermə. Bizim cəmiyyətdə və bizim qanunlarla sizin də öz biznesinizi qurmağa digər vətəndaşlarımızda olduğu kimi tam haqqınız var.

14. Heç vaxt həyatdan ədalət gözləmə. Əgər sənin üçün həyatda yeganə ədalətlilik mücəssəməsi gediş haqqını ödəyəndən sonra avtobusda oturmaq imkanı olarsa, onda qalan bütün işlərində qaydasında gedəcək.

15. Öz problemlərini özün həll elə. Sən görəcəksən ki, öz verdiyin qərarlara söykənməklə, özündə rəqabətə davamlılıq xüsusiyyəti yetişdirəcəksən.

16. Özünü çox sərt mühakimə etmə. Bizlərdən heç kəs situasiyanı düşündüyü qədər nəzarətdə saxlaya bilmir.

17. Həmişə gülümsəməyə səbəb var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər