Milyarder George Soros: “Tramp administrasiyasının Çinə qarşı etdikləri, ABŞ-ın hazırkı rəhbərliyinin mühüm nailiyyətidir”.
Banker.az xəbər verir ki, müxtəlif ölkələrin hakimiyyətinə qarşı çıxmaq cəhdləri ilə tanınmış amerikalı biznesmen, Wall Street Journal-dakı məqaləsində Çinin süni intellekt və maşın öyrənmə sahəsində ABŞ-ın əsas rəqiblərindən biri olduğunu bildirib.
Onun fikrincə, ABŞ-ın Çini strateji rəqib adlandırmağı və “Huawei” şirkətini qara siyahıya daxil etməsi doğru addımdır.
“ABŞ Çinə nə edibsə, yaxşı edib”, – deyə milyarder əlavə edir.
George Soros bildirir ki, Donald Tramp “Huawei” ilə əlaqəli olan məsələni Pekin ilə ticarət sazişi bağlamaq üçün bir fürsət olaraq istifadə etməməlidir. Biznesmenin sözlərinə görə, “Huawei” qara siyahıda qalarkən əsas texnologiyalara çıxışı olmayacaq və bununla da ciddi şəkildə zəifləyəcək.
Mütəxəssislərin fikrincə, Soros-un bu açıqlamaları Qərb elitanın ABŞ-ın müxtəlif sahələrdə lider mövqeyinin itirməsi ilə bağlı qorxularını əks etdirir. Daha əvvəl 89 yaşlı milyarder “Açıq cəmiyyət” adlı fond təsis etmişdir. Bu təşkilat son illərdə bir sıra ölkələrdə “arzuedilməz” kimi qəbul edilib. 2018-ci ildə fond öz fəaliyyətini dayandırıb.