6 C
Baku
Sunday, December 15, 2024

Milyarder: “Məzənnəsi gün ərzində 25% dəyişən aktiv valyuta ola bilməz”

“Bitkoin valyuta deyil. Çünki, valyuta sabit investisiya vasitəsi olmalıdır. Gün ərzində məzənnəsi 25% dəyişən valyuta ilə maaş ödəmək olmaz. Bu, əsasında yalan təsəvvürlər dayanan spekulyasiyadır”.

“TASS” agentliyinə istinadən, bunu amerikalı milyarder-investor Corc Soros (George Soros) Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.

“Kriptovalyutalara vəsait qoyuluşu, onlardan hesablaşma vasitəsi kimi istifadə məqsədəuyğun deyil. Kriptovalyutaların əsasını təşkil edən blokçeyn texnologiyalarından isə gələcəkdə müsbət məqsədlər üçün istifadə etmək bilər. Hazırda isə kriptovalyutalardan vergidən yayınma üçün istifadə olunur”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər