12 C
Baku
Friday, March 29, 2024

Milyarder: “Kosmosa uçuş internet kimi asan və kütləvi olmalıdır”

Kosmosa uçuşlar internetdən istifadə etmək qədər kütləvi və asan olmalıdır.

“Bloomberg”ə istinadən xəbərə görə, bunu dünyanın ən zəngin iş adamı, “Amazon” online ticarət platforması və “Blue Origin” şirkətinin rəhbəri Ceff Bezos deyib. O bildirib ki, bunun üçün “Amazon”un köməyi ilə qazandığı sərvəti əsirgəməməyə hazırdır.

C. Bezos öz zənginliyini lotereya udmaq kimi qiymətləndirib. O, kosmik raketlər işləyib hazırlayan “Blue Origin” şirkətinə 1 milyard dollar yatırmaq fikrində olduğunu vurğulayıb. Bu, başlanğıc olacaq.

Qeyd edək ki, C. Bezosun sərvəti 131 milyard dollar həcmində dəyərləndirilir. Bunların əksəriyyəti səhm şəklindədir.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər