Dünyada ən bahalı həyat sığortanın dəyəri 201 milyon dollar təşkil edir. Bu haqqda 13 martda Ginnesin rekordlar Kitabının saytı bəyan edib.
Təşkilatın məlumatlarına görə, dünyanın ən bahalı sığortasını ABŞ-dan olan məşhur bir milyarder əldə edib. Onun adı məxfi saxlanılır.
Sığortanın Santa- Barbaradan SG LLC şirkətinin idarə edici partnyoru Dovi Fransis (Dovi Frances) satmışdı. Frensisin sözlərinə görə, sığortanın bu cür bahalı olması üçün onlar 24-ə yaxın şirkətlərlə danışıqlar aparmış və qəliz müqavilələr sistemi tərtib ediblər. SG LLC şirkəti 2010-cu ildə təsis olunmuşdu. Şirkət zəngin müştərilər üçün xidmət göstərməkdə ixtisaslaşır.
Ginnes rekordlar kitabınının məlumatına görə, bundan öncə həyat sığortasının dəyəri 100 milyon dollar təşkil edirdi. Bu rekord 1990-cı ildə britaniya sığorta agenti Piter Rozenqrad tərəfindən qoyulmuşdu. O zaman əyləncə sahəsində çalışan amerikalı biznesmen sığortlanmışdı.