24 C
Baku
Wednesday, October 9, 2024

Milyonçudan həmvətənlərinə inanılmaz hədiyyə

Çinli milyonçu Sun Shuihua dünyaya gəlib böyüdüyü Xionkeng kəndində öz həmvətənlərinə gözəl mənzillər hədiyyə etdi.

Öz sərvətini inşaat və polad sənayesindən qazanan 54 yaşlı maqnat öz doğma kəndinə geri dönür. Lakin tək yox, tikinti texnikası ilə. Bu texnikalar buradakı bütün köhnə evləri yerləyeksan edir və əvəzində gözəl mənzillər və yaxşı yollar salır.

Ümumilikdə Sun 72 ailə üçün evlər inşa etsə də, onun həyatında mühüm rol oynamış 18 ailə üçün əsl imarətlər bəxş etmişdir. Bununla yanaşı, milyonçu gəliri orta səviyyədən belə aşağı olan bu ailələrə gün ərzində 3 dəfə pulsuz nahar da vəd etmişdir.

Qeyd edək ki, bu layihə biznesmenə ümumilikdə 6 milyon dollara başa gəlmişdir.

1417523932_5

1417523883_3

1417523909_1

1417523969_4

Son xəbərlər
Digər xəbərlər