Azərbaycanda daha bir şirkət QSC-yə çevrilib.
Banker.az xəbər verir ki, “Agro TT” Məhdud Məsuliyyətli Cəmiyyət təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Bildirək ki, bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Samir Mirzəyevdir.
Onu da qeyd edək ki, 2019-cu ili dekabrında “AQROLİZİNQ” ASC 30 min ton ammonium nitrat mineral gübrəsinin satınalınması üçün “AGRO TT” MMC şirkəti ilə 14 milyon 280 min manat məbləğində tender müqaviləsi imzalayıb.