13 C
Baku
Friday, March 29, 2024

Mingəçevir Dövlət Universiteti üçün 12 milyon manata yeni kampus yaradılır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Uni Ko QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Mingəçevir Dövlət Universiteti üçün yeni kampusun yaradılması (tikintinin I fazasının I mərhələsi üzrə) işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 12 062 432 manatdır.

Bildirək ki, “Təhsil haqqında” qanuna görə kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, başqa sözlə, şəhərciyidir.

Son xəbərlər
Digər xəbərlər