-1 C
Baku
Sunday, December 15, 2024

Minimum əmək pensiyaları bu tarixdən artacaq

Əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur.

Qeyd edilib ki, ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması ilə yanaşı, ilk növbədə vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanmışdır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər