Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə Prezidentinin sərəncam imzalayıb.
“Minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin” – deyə, sərəncamda deyilir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll edilməsi tapşırılıb.
Qeyd edək ki, ötən il yanvarın 1-dən 130 manat müəyyən edilmişdi.