6 C
Baku
Saturday, December 14, 2024

Minimum pensiyanın artırılması ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək. Bu artım təxminən 100 min pensiyaçını əhatə edəcək. Dəyişiklik layihəsi qəbul edilərək plenar iclasa tövsiyə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər