22 C
Baku
Friday, April 26, 2024

MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilib

Avqustun 30-da 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə başlanılıb.

Nazirlikdən verilən xəbərə görə, bu gün saat 11:00-dan etibarən namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.

Qeyd edək ki, müddətli müqavilə əsasında vakansiya seçimi 1 sentyabr saat 11:00-dək davam edəcək.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər