“Mir” ödəniş sisteminə xidmətdən doqquz ölkədən altısının imtina etməsi Rusiyanın iqtisadi sanksiyalar qarşısında “Visa” və “Mastercard”a öz alternativini yaratmaq istəyini iflasa uğradıb, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərdiyi doqquz ölkədən altısında banklar ABŞ-ın sanksiyaları təhlükəsi fonunda onu dəstəkləməkdən imtina ediblər.
Nəşr bildirib ki, hazırkı vəziyyəti “çökmə” və Rusiyanın maliyyə izolyasiyası şəraitində “Visa” və “Mastercard”a öz alternativini yaratmaq cəhdinin uğursuzluğu adlandırmaq olar.
Qeyd edeilir ki, Rusiya Mərkəzi Bankını hətta “dost” ölkələrdən belə “Mir”dən istifadə etməkdən imtina etməsi təəccübləndirib. Ona görə də Mərkəzi Bank bu sistemə alternativ axtarmağa başlayıb.