Silk Way Holding-in törəməsi “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airline) Müşahidə Şurasına daha bir üzv seçilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Mövsümzadə Mir Səməd Eldar oğlu aviaşirkətin Müşahidə Şurasına üzv seçilib.
Bununla da sədr Axundov Zaur Sənan oğlu ilə bərabər Müşahidə Şurası 6 nəfərdən ibarət olub.