9 C
Baku
Friday, December 13, 2024

Mirşahin Ağayevin yeni TV-sinin yayımına icazə verildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real” TV) baş direktoru Mirşahin Ağayevdir.

Xatırladaq ki, Mirşahin Ağayev 2016-cı ilə qədər Azərbaycan fəaliyət göstərən ANS Şirkətlər Qrupunun (ANS TV) vitse-prezidenti idi.

Son xəbərlər
Digər xəbərlər