9 C
Baku
Thursday, December 12, 2024

Mis bahalaşır, Azərbaycan istehsal və ixracı azaldır

Azərbaycan 2021-ci ilin ilk üç rübü ərzində istehsal etdiyi əlvan metalların həcmi azalıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1 910.76 min ton həcmində mis filizi hasil edilib. Bu da illik 2%-ə yaxın azalma deməkdir.

Azərbaycan cari ilin ilk 9 ayında hasil etdiyi mis filizinin 1 619.25 min tonu bazara çıxarılıb. 1 oktyabr 2021-ci il tarixinə

Mis dünyada son illərdə ən çox bahalaşan metallar sırasındadır. Pandemiyada neft kimi tələbin azalma ehtimalı ilə mart ayının sonları hər tonu üçün 4 850 dollara düşməklə 2008-ci ildəki böhrandan sonra ən aşağı həddinə qədər gerilədi. Lakin 2020-ci ilin sonları qlobal iqtisadiyyatın hərəkətlənməsi və avtomobil, elektronika və digər sahələrdə bu məhsula tələbin yüksələcəyi tələbi ilə kəskin bahalaşmağa başladı və cari ilin mayında 10 600 dollar/tona qədər bahalaşmaqla tarixi maksimum yenilədi. Hazırda isə 9 800 dollar/ton qiymətindən baha ticarət olunmaqdadır.

MİSİN QİYMƏTİ: dollar/ton

2112121

Azərbaycanda isə cari ildə bahalaşmaqda olan bu metalın ixrac həcmini də azaldıb. Məsələn, 2021-ci ilin ilk səkkiz ayı ərzində xaricə 8 994.89 ton həcmində mis filizi və onun konsentratı ixrac edib (14 653.65 min dollar). Ölkədən xaricə ixrac edilən misin hər tonu 1 629 ABŞ dolları valyuta gətirib. Bu öncəki ildə 10 148.78 ton olmaqla (11 369.45 min dollar) hər tonu 1 120.28 dollar valyuta gətirmişdi, yəni cari ildə 45% daha gəlirli olub.

 

 

Son xəbərlər
Digər xəbərlər