3 C
Baku
Saturday, December 14, 2024

Mişel Ukraynada münaqişənin dayandırılmasını ərzaq böhranı ilə mübarizənin ən yaxşı yolu adlandırıb

G20 sammitindən Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel mətbuat konfransında bildirib.

“Biz hesab edirik ki, G20 sammitindən Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir”, – deyə Mişel deyib.

Avropa Şurasının rəhbəri həmçinin vurğulayıb ki, assosiasiyanın bütün üzvləri BMT Nizamnaməsinə hörmət etməlidir.

Mişel həmçinin Ukraynada münaqişənin dayandırılmasını ərzaq böhranı ilə mübarizənin ən yaxşı yolu adlandırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər