6 C
Baku
Saturday, December 14, 2024

Misir ABŞ-dan 2.2 milyard dollarlıq hərbi təyyarə alacaq

ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollar dəyərində 12 ədəd C-130 Super Herkules hərbi nəqliyyat təyyarəsi və 3 ədəd SPS-48 tipli yerüstü hava hücumundan müdafiə radar sisteminin satılması kontraktını təsdiq edib.
Bu barədə Pentaqon məlumat yayıb. Misir hərbi nəqliyyat təyyarələrinin alınmasına 2,2 milyard dollar, radar sistemlərinə isə 350 milyon dollar ödəyəcək.

Pentaqonun açıqlamasında bildirilib ki, müasir hərbi texnikanın ABŞ-ın NATO-ya üzv olmayan müttəfiqi və Yaxın Şərqdə ən böyük strateji tərəfdaşı olan Misirə satışından əsas məqsəd bu ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər