12 C
Baku
Wednesday, December 11, 2024

Misir prezidenti 9 ildə ilk dəfə Bəşər Əsədə zəng edib

Misir və Suriyanın dövlət başçıları arasında 2014-cü ildən bəri ilk dəfə təmas qurulub.

Misir prezidenti Əbdülfəttah əs-Sisi başsağlığı vermək üçün Suriya prezidenti Bəşər Əsədə zəng edib.

Bu, iki ölkə lideri arasında son 9 ildə baş tutan ilk danışıq olub.

Əbdülfəttah əs-Sisi suriyalı həmkarına yüzlərlə insanın həyatına son qoyan güclü zəlzələnin nəticələrindən üzüldüyünü bildirib.

Telefon danışığı zamanı əs-Sisi Misirin bu ağrılı fəlakətdə Suriya və onun qardaş xalqı ilə həmrəy olduğunu söyləyib. Misirli siyasətçi Suriyaya lazımi yardımı göstərməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər