16 C
Baku
Monday, April 29, 2024

Misir Prezidenti Azərbaycana səfər edəcək

“Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri gözlənilir”.

Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid deyib.

Diplomat qeyd edib ki, səfər dəvəti qüvvədədir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisini Azərbaycana səfərə dəvət etmişdi, lakin pandemiya səbəbi ilə bu səfər baş tutmadı və sonradan həmin dəvət yeniləndi. Hazırda səfərlə bağlı hazırlıq prosesi gedir, işlər görülür, lakin səfərin hansı tarixdə baş tutacağı haqda dəqiq məlumat yoxdur. Bir sözlə, səfər gözlənilir”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər