Misir Türkiyəyə səfir təyin edib.
Misir Prezidenti Abdulfəttah es-Sisi Amr əl-Hamamini Türkiyəyə səfir təyin edib.
Misir Prezidentinin bununla bağlı sərəncamı rəsmi mətbuatda dərc edilib.
Qeyd edək ki, bundan əvvəl Salih Mutlu Şen Türkiyənin Misirdə səfiri təyin olunub.