Yaxın aylar ərzində Misirdə iki yeni turizm şəhəri salınacaq.
Bu barədə ölkənin turizm naziri Xalid əl-Anani “İzvestiya” qəzetinə bildirib.
“Biz ən yaxın bir neçə ay ərzində tamamilə iki yeni turizm şəhəri salmağı planlaşdırırıq. Şəhərlərdən biri paytaxt Qahirədən təxminən 100 kilometr məsafədə olacaq. O, Al-Qalələ adlanacaq. Bir neçə ay sonra İskəndəriyyə yaxınlığında, Aralıq dənizi sahilində Al-Alamin adlı yeni şəhəri salacağıq”, – əl-Anani deyib.
O, həmçinin əminliyi ifadə edib ki, yaxın vaxtlarda ölkəyə aviabiletlərin qiyməti dəyişməyəcək. Nazir vurğulayıb ki, Misir hakimiyyəti başqa dövlətlərdən gələn təyyarələrə dəstək göstərməyə davam edir.