6 C
Baku
Sunday, December 15, 2024

Misirlə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunub

“Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçmişdir. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək”.

Bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.

Onu da deyim ki, danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunmuşdur. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik”, – Misir dövlət başçısı vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər