Rusiyanın valyuta ehtiyatları Qərb tərəfindən oğurlanıb.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin “Sdelano v Rossii” beynəlxalq ixrac forumunda çıxışı zamanı deyib.
“Dost olmayan ölkələr yeni sanksiya paketləri təqdim edərək sənayemizə, maliyyə sistemimizə mümkün qədər çox zərər vurmağa, biznes ictimaiyyətini qorxutmağa çalışdılar. Sadə dillə desək, Rusiyanın yüz milyardlarla dollar valyuta ehtiyatı oğurlanıb. Qaz nəqli infrastrukturu terror hücumlarına məruz qalıb”, – Rusiya Hökumətinin sədri qeyd edib.