2 C
Baku
Saturday, December 14, 2024

“Mitsubishi” 145 minə yaxın avtomobili geri çağırdı

“Mitsubishi” şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander”, “Outlander PHEV” və ASX modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Son xəbərlər
Digər xəbərlər